25 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 83.3171(14 %) manat və 98.1823 (7.69%) manat olan 61 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.8649 (8.2%) manat, orta ölçülmüş qiyməti 97.3779 (8.0004%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 153,467,400 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Hərrac iştirakçıları 26 aprel 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.