11 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040083 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 83.3171 (14%) manat və 98.0261 (7.75%) manat olan 74 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.4686 (8.75%) manat, orta ölçülmüş qiyməti 96.4273 (8.3713%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 181,719,300 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 7 aprel 2026-cı il.

Hərrac iştirakçıları 12 aprel 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.