4 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030044 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 90.9544 (9.9999%) manat və 94.8138 (5.5%)manat olan 60 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3689 (5.9999%) manat, orta ölçülmüş qiyməti isə 94.6327 (5.7029%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 219,363,717 manat, yerləşdirilmiş həcmi isə 75,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 02.04.2024-cü ildir.

Hərrac iştirakçıları 5 aprel 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.