21 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040042 ISIN-li, 40 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 91.2371 (11%) manat və 95.4017 (8.5500%) manat olan 50 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3595 (9.1500%) manat, orta ölçülmüş qiyməti isə 94.5573 (9.0354%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 144,644,300 manat, yerləşdirilmiş həcmi isə 47,051,500 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 22 fevral 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 18 fevral 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.