14 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040034 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 87.752(11.98%)manat və 94.854(8.9952%) manat olan 40  sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4106 (9.99%) manat, orta ölçülmüş qiyməti 92.7133 (9.865%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120,730,500 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 10 fevral 2026-cı il.

Hərrac iştirakçıları 15 fevral 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.