29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104102014 ISIN-li, 500 milyon manat həcmində, 306 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 89.0000 (14.7909%) manat və 96.3760  (4.4999%) manat olan 44 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3760 (4.4999%) manat, orta ölçülmüş qiyməti isə 96.3760(4.4999%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 683,127,100 manat, yerləşdirilmiş həcmi isə 500,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 31.10.2023-cü ildir.

Hərrac iştirakçıları 30 dekabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.