20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106001990 ISIN-li, 150 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 80.6359(13 %) manat və 92.500 (7.8546%) manat olan 35 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87.3107 (10%) manat, orta ölçülmüş qiyməti 90.1253(8.8177%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 166,428,200 manat, yerləşdirilmiş həcmi isə 150,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 16 dekabr 2025-ci il.

Hərrac iştirakçıları 21 dekabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.