15 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106031948 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 89.9744 (8.8799%) manat və 93.6475 (7.4%) manat olan 26 sifariş təqdim edilmişdir. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.5160 (8.25%) manat, orta ölçülmüş qiyməti 92.0179 (8.0477%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 204,679,000 manat, yerləşdirilmiş həcmi isə 75,000,000 manat təşkil edilmişdir. 

İstiqrazların ödəmə tarixi 11 noyabr 2025-ci il.

Hərrac iştirakçıları 16 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.