11 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

          İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0108001782

Emissiya həcmi 

10 000 000 AZN

Nominal dəyəri 

100 AZN

İstiqrazların tədavül müddəti

1820  gün

Faiz ödənişləri (olduqda)

28 iyul 2020-ci il, 26 yanvar 2021-ci il,
27 iyul 2021-ci il, 25 yanvar 2022-ci il, 26 iyul 2022-ci il, 24 yanvar 2023-cü il, 25 iyul 2023-cü il, 23 yanvar 2024-cü il, 23 iyul 2024-cü il, 21 yanvar 2025-ci il

Faiz gəliri

8,5 %

Ödəmə tarixi

21.01.2025

Anderrayter

Paşa Kapital İŞ

 QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Qeyd : Xatırlatmaq istərdik ki, 11.08.2020-ci il tarixində hərracı baş tutacaq AZ0108001782 ISIN kodlu qiymətli kağız üzrə faktiki(qalıq) tədavül müddəti 1624 gün təşkil edəcəkdir.