23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, uzunmüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0110004923

Emissiya həcmi 

10 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti

2548  gün

Faiz ödənişləri (olduqda)

24 may  2022-ci il,  22  noyabr 2022-ci il 23 may  2023-cü il, 21  noyabr 2023-cü il 21 may  2024- cü il,19  noyabr 2024-cü il
20 may  2025-ci il,  18  noyabr 2025-ci il
19 may  2026-cı il,  17  noyabr 2026-cı il
18 may  2027-ci il,  16  noyabr 2027-ci il
16 may  2028-ci il,  14  noyabr 2028-ci il

Faiz gəliri

7.0 %

Ödəmə tarixi

14.11.2028

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC


Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.