14 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Diskontlu, qısamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0104007775

Emissiya həcmi 

30,000,000 AZN

Nominal dəyəri 

100 AZN

İstiqrazların tədavül müddəti

364 gün

Ödəmə tarixi

      13.07.2021

Anderrayter

Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Eyni zamanda, hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artıtıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.