Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

5 və 12 may tarixində Bakı Fond Birjasında hərracı keçirilmiş Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) qalan hissəsi üzrə 19 may tarixində növbəti hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növüDiskontlu, qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0104005779
Emissiya həcmi7 660 700 AZN
Nominal dəyəri100 AZN
İstiqrazların tədavül müddəti364 gün*
Ödəmə tarixi      04.05.2021
AnderrayterPaşa Kapital İŞ QSC

 

Qeyd: İstiqraz üzrə tədavül müddəti 5 may 2020-ci il tarixindən hesablanmışdır.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.