23 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106011783 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 90.6123 AZN (15%) və 100.5011 AZN (10.8%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.159 AZN (12.99%), orta ölçülmüş qiyməti 97.0816 (12.1905%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39,375,300.00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  20 iyun 2023-cü  il.

Hərrac iştirakçıları 24 iyun 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.