8 dekabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106004853 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 96.1315 (9.0000%) və 99.5000 (7.6897%) olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.0800 (7.8501%), orta ölçülmüş qiyməti 99.3159 (7.7599%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39,953,200.00 manat yerləşdirilmiş həcmi isə 9,106,800.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  05 dekabr 2023-cü  il.

Hərrac iştirakçıları 9 dekabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.