21 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106013789 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 92.9592  AZN (15.00%) və 103.7768 (10.4998%) olan 24 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1476 (11.9400%), orta ölçülmüş qiyməti 100.2147 (11.9127%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,124,900.00 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilmişdir.

Buraxılış şərtinə* uyğun olaraq, tələb təklifi üstələdiyi üçün Emitent buraxılış həcmindən əlavə 50% (10 mln) artığını təmin etmişdir.

İstiqrazların ödəmə tarixi  18 iyul 2023-cü  il.

Hərrac iştirakçıları 22 iyul 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.