14 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070122 ISIN-li, 90 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 92.3252 (9.50%) manat və 96.0402 (8.0110%) manat olan 60 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4290 (9.05%) manat, orta ölçülmüş qiyməti isə 94.2814 (8.7069%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110,332,200 manat, yerləşdirilmiş həcmi isə 50,000,700 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 11.05.2027-ci ildir.

Hərrac iştirakçıları 15 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.