17 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası tərəfindən yerli sahibkarlar üçün “Listinqlə bağlı yeniliklər və Bakı Fond Birjasında Listinq” mövzularında onlayn təlim keçiriləcəkdir.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya şirkəti və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcəkdir.

Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.