12 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredit Evi” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

Bildirmək istərdik ki, “Kredit Evi” ASC Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 400.000 (dörd yüz min) manata çatdırılmasını üzərinə götürür.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  forması

 

Anderrayter

 

AZ1001021497

Adi adlı  sənədsiz  səhm

20,000

(ədəd)

20

manat

Abunə yazılışı üsulu

“Assist Finance İ.Ş” ASC