25 Avqust 2020-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.

BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi 28 avqust 2020-ci il tarixində həyata keçiriləcəkdir və emissiya prospektinə əsasən, yerləşdirilmə 7 (yeddi) iş günü ərzində davam edəcəkdir.

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın yerləşdirməyə başlanması tarixi

Q/k-ın ilkin ticarət qiyməti

Q/k üzrə illik gəlirlilik dərəcəsi

1

AZ3001005157

İmtiyazlı adlı sənədsiz

1 614 205

(ədəd)

28.08.2020

12.39 manat

15%

    

    





 Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Paşa Kapital İŞ” ASC-dir.