Kapital Bankın müraciəti əsasında Bakı Fond Birjasının Listinq Komitəsi (BFB) 28 dekabr 2022-ci il tarixində emitentin adi, adlı, sənədsiz səhmlərinin BFB-nin standart bazar seqmentindən delistinq edilməsi ilə bağlı qərar almışdır.

Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına əsasən delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcəkdir.