13 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 50,000,000 (əlli milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 27 iyun 2024-cü il tarixində yekunlaşmışdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2011005157

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

İstiqrazın sayı

500,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

50,000,000 manat

İllik gəlirlilik faizi

10%

Ödəmə Periodu

İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti

1 il

Hərrac qiyməti

100 manat

Reallaşdırılmış həcm

50,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

50,000,000 manat

İnvestor sayı

39

Sifariş sayı

39

İstiqrazların ödəmə tarixi

27.06.2025

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC