28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 1 iyul 2024-cü il tarixindən başlayaraq 5 iyul 2024-cü il tarixinə kimi 5 iş günü ərzində tamamlanacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 8 iyul 2024-cü il tarixində baş tutacaqdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2012005156

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

İstiqrazın sayı

300,000 (ədəd)

Nominal dəyəri

100 ABŞ dolları

Buraxılış həcmi

30,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

7%

Ödəmə Periodu

İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq

Tədavül müddəti

7 il

Ticarətə buraxılma tarixi

08.07.2024

Anderrayter

“PAŞA Kapital  İ.Ş” QSC