Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2050008682 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqraz üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazın nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan

 aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 26 noyabr 2021-ci il tarixində AZ2050008682 İSİN-li istiqrazı üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 26 noyabr 2021-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 931.42  manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 931.42  manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2050008682 İSİN-li istiqrazı ilə ticarət edərkən istiqrazların baza qiymətinin 931.42 manat olması nəzərə alınmalıdır.