İpoteka istiqrazları:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 30 avqust 2021-ci il tarixində AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar üzrə 28 avqust 2021-ci il tarixinə qədər olan dövr üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 28 avqust 2021-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 853.76 manat təşkil edir. 

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 853.76  manat məbləği əsasında hesablanacaq. 

Bakı Fond Birjasında AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların bazar qiymətinin 853.76 manat olması nəzərə alınmalıdır.