İpoteka istiqrazları:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 12 avqust 2021-ci il tarixində AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 12 avqust 2021-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 773.07 manat təşkil edir. 

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 773.07  manat məbləği əsasında hesablanacaq. 

Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 773.07 manat olması nəzərə alınmalıdır.