İpoteka istiqrazları:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2050008682 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 31 may 2021-ci il tarixində AZ2050008682 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 31 may 2021-ci il tarixindən etibarən sözügedən istiqrazın nominal üzrə qalıq məbləği 962.64 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 962.64  manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2050008682 İSİN-li istiqraz ilə ticarət edərkən istiqrazların baza qiymətinin 962.64 manat olması nəzərə alınmalıdır.