İpoteka istiqrazları:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008682, AZ2029008680, AZ2028008681, AZ2030008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 5 aprel 2021-ci il tarixində AZ2027008682, AZ2029008680, AZ2028008681, AZ2030008687  İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 3 aprel 2021-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 770.18 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 770.18  manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2027008682, AZ2029008680, AZ2028008681, AZ2030008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 770.18 manat olması nəzərə alınmalıdır.