“İnvestor” Stimullaşdırıcı lotereyasının 14 sentyabr 2022-ci il tarixində üçüncü tirajı keçirilmişdir. Üçüncü tiraj Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır.

Üçüncü tirajda 13 iyul - 13 sentyabr tarixlərində müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılmışdır və həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər birinə 1000 manat qazanmışdır. Üçüncü tirajın qaliblərini Siz də tanıyın:

Elnur Ələkbərov (Bilet nömrəsi İST 0241)

Azər Mahmudov (Bilet nömrəsi İST 0697)

Əli Qədirov (Bilet nömrəsi İST 0741)

Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000 manat qazanmaq şansı təqdim edir.

Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçiriləcəkdir. İlk tiraj 10.05.2022-ci ildə keçirilmişdir. İkinci tiraj 13.07.2022-ci ildə keçirilmişdir.