09 mart 2022-ci ildən başlayan "İnvestor" Stimullaşdırıcı lotereyasının 10 may 2022-ci il tarixində ilk tirajı keçirilmişdir.

İlk tiraj Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və  Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır.

İlk tirajda 09 mart- 09 may tarixlərində müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılmışdır və həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər birinə 1000.00 AZN qazanmışdır. İlk tirajın qaliblərini siz də tanıyın:

Rəşad Əliyev (Bilet nömrəsi İST0238)

Kamal Hüseynov (Bilet nömrəsi İST0253)

Bahar Cahangirova (Bilet nömrəsi İST0666)

Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000.00 AZN qazanmaq şansı təqdim edir.