Bakı Fond Birjasının 2021-2023-cü illər üzrə strateji prioritetini ticarət dövriyyəsində üstünlüyün korporativ qiymətli kağızlar bazarına yönləndirilməsi müəyyən edilmiş və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

3 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Bakı Fond Birjasının üzvləri olan investisiya şirkətlərinin iştirakı ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində "İnvestisiya səyahəti" tədbiri təşkil olunmuşdur.

Bu sayca ikinci belə tədbirdir, birinci "İnvestisiya Səyahəti" tədbiri 20 oktyabr 2021-ci il tarixində Xaçmaz şəhərində keçirilmişdir. Artıq mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin əsas məqsədi regionlarda fəaliyyət göstərən  biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.