29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “INTERNATIONAL LEASING” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“INTERNATIONAL LEASING” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1002023237

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

20,000 (ədəd)

İlkin ticarət qiyməti

50 manat

Buraxılış həcmi

1,000,000 manat

Hərrac qiyməti

50 manat

Reallaşdırılmış həcm

950,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

950,000 manat

İnvestor sayı

3

Sifariş sayı

3

Anderrayter

“Capital Partners İ.Ş” QSC