29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "İNTERNATİONAL LEASİNG” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlər üzrə abunə yazılışı 30.05.2024 tarixindən başlayıb, 3 işi günü davam edəcəkdir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"İNTERNATİONAL LEASİNG” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1002023237

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Səhmlərin sayı

20,000 (ədəd)

İlkin ticarət qiyməti

50 manat

Buraxılış həcmi

1,000,000 manat

Ticarətə buraxılma tarixi

04.06.2024

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Anderrayter

“Capital Partners İ.Ş” QSC


Bildirmək istərdik ki, “Express Lombard” ASC-nin Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.2.4.-cü, 4.2.5.-ci və 4.2.6.-ci bəndinin tələblərinə uyğun olaraq, nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır, maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son maliyyə ili   üzrə illik maliyyə hesabatları kənar (müstəqil) auditor tərəfindən auditdən keçməlidir və mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran  internet səhifəsinə malik olmalıdır.