"Günay Sığorta" ASC 2020-ci ildə hesabladığı sığorta haqlarını artırıb.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə "Günay Sığota" ASC-nin hesabladığı sığorta haqları 25,2% artaraq 9 milyon 45 min manat təşkil edib. Şirkət 2019-cu ildə 7 milyon 222 min manat sığorta haqları hesablamışdı.

SIĞORTA ÖDƏNİŞLƏRİ ARTIB

"Günay Sığorta" şirkətininin sığorta ödənişləri 2019-cu ildə 1 milyon 894 min manat ikən, 2020-ci ildə 2 milyon 443 min manata yüksəlib.