Günay Sığorta" ASC-nin səhmdarları şirkətin nizamnamə kapitalının 500 min manat, yaxud 6,5 % artırılaraq 7,7 milyon manatdan 8,2 milyon manata çatdırılmasına qərar veriblər.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızları mövcud səhmdarların hansı nisbətdə əldə edəcəyi hələ ki, məlum deyil. Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 71,94 %-i Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94 %-lik səhmdarı), 28,06 %-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13 %-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.