“Günay Bank” ASC-nin rəhbərliyi 2 fevral Azərbaycan Gəncləri günündə bir araya toplanaraq 2020-ci ilin sonlarında Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərə səfərbər olunan bank əməkdaşlarına Bankın Müşahidə Şurasının Sədri M.Məmmədovun adından təşəkkürnamələr təqdim edib.

Bankın İdarə Heyətinin Sədri B.Piriyev öz çıxışında bütün kollektiv adından Vətən Müharibəsindən qayıtmış əməkdaşlara təşəkkür etmiş, düşmən üzərində əldə olunan qələbəmizdə onların da şərəfli payı olduğunu bildirib.

Sədr eyni zamanda  “Dəmir Yumruq” əməliyyatı nəticəsində şanlı zəfər hissini bütün Azərbaycan xalqına yaşadan Ali Baş Komandan İlham Əliyev, həmçinin müzəffər ordumuzun zabit və əsgərlərinin müstəsna xidmətlərini olduğunu vurğulamış, bu yolda canından keçmiş hər bir kəsin şəhadətini yüksək dəyərləndirərək bir dəqiqə sükut elan etmiş, şəhidlərimizə ALLAHdan rəhmət diləmişdir.

Sonda “Gunay Bank” ASC-nin kollektivi döyüş əməliyyatlarından qayıtmış iş yoldaşlarının yolunu ailələri ilə bərabər səbrsizliklə gözlədiyini, onları yenidən öz  aralarında görmə sevincini yaşadığını və onlarla qürur duyduğunu qeyd etmişdir.