3 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 50,125 (əlli min yüz iyirmi beş) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Səhmlərin abunə yazılışına 3 may 2023-cü il tarixindən başlanılmışdır. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış abunə yazılışı üzrə yerləşdirilmənin yekunlaşması BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  forması

 

Anderrayter

 

AZ1002020282

Adi sənədsiz  adlı səhm

25

(ədəd)

2,005 manat

Abunə yazılışı üsulu

“AzFinance İnvestisiya Şirkəti” QSC

           






Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.