23 may 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin AZ2023020285, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 100,000 (yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının tədavül müddəti 5 il , nominal dəyəri 1,000 manat olan, yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 12%, faiz ödəniş dövrü isə hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 100,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 23 may 2029-cu ildir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.