“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

13 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 təqvim ili, nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2010020280 dövlət qeydiyyat nömrəli, 1,500,000 (bir milyon beş yüz min ) ABŞ dolları həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 15 %, faiz ödəniş dövrü isə hər ayda bir dəfə təşkil edir.

 Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,500,000 ABŞ dolları təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 05.07.2028-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ” QSC-dir.