3 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 400,000 (dörd yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

5 may 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 400,000 (dörd yüz min) ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

 

 

Hərrac

tarixi

Kupon faizlərinin ödəniş müddəti

AZ2009020283

Faizli təmin edilməmiş sənədsiz adlı

400

(ədəd)

1,000

ABŞ dollar

15 %

5 təqvim ili

05.05.2023

Hər ayda bir dəfə

 







Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.