“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin press-relizində deyilir.

Reytinq üzrə proqnoz “Mənfi”dir.

SOCAR-ın emitentin qısamüddətli defolt reytinqi “B” səviyyəsində, təmin olunmamış prioritet reytinqi isə “BВ+” səviyyəsində təsdiqlənib.

“SOCAR tamamilə dövlətə məxsusdur və onun reytinqi Azərbaycanın reytinqinə (BB +/mənfi) bərabərdir. Bu, şirkətə maliyyə təminatları, vəsait qoyuluşları və səhmdar kapitalına inyeksiyalar şəklində dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyaları və onun neft-qaz layihələrinin inkişafı üçün dövlət aləti kimi əhəmiyyəti ilə dəstəklənir”, - deyə məlumatda bildirilir.