“Expressbank”ın uğurlu və səmərəli fəaliyyətinin reytinqi bu dəfə də beynəlxalq maliyyə agentliyi “Fitch Ratings” tərəfindən yüksək dəyər görmüşdür.

İqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi kriteriyalarda dəyərləndirmə apararan  “Fitch Ratings” agentliyi “Expressbank”ın fəaliyyətinə yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.

Dünyada baş verən qlobal siyasi-iqtisadi hadisələrin fonunda “Expressbank”ın dünya səviyyəli maliyyə agentliyi tərəfindən belə bir yüksək reytinq göstərciləri üzrə fəaliyyətinin təsdiqlənməsi həm də ölkəmizdə dövlətin maliyyə və bank sektorunda olan dəstəyinin təzahürüdür.

Fitch Ratings" agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) risk dərəcəsi ilə ölçülmüş aktivlərin 38%-ni  təşkil etmişdir. “Expressbank”ın biznes strategiyası və uğurlu maliyyə siyasəti və bankın kapital dayanıqlığının olması “Fitch Ratings” maliyyə agentliyi tərəfindən aşağıdakı reytinqlər üzrə  təsdiqlənmişdir:

  • Emitentin uzunmüddətli defolt reytinqi “B” səviyyəsində “sabit”
  • Qısamüddətli defolt reytinqi “B” səviyyəsində

“Fitch Ratings” agentliyinin bu proqnozu, “Expressbank” ASC-nin aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir. Bu isə bankın fəaliyyətinin agentliyinin norma və standartlarına kifayət qədər uyğun olduğunun nümunəsidir.