“Fitch Ratings” Agentliyi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin növbəti qiymətləndirməsini həyata keçirib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+/stabil” səviyyəsində təsdiq edilib.

“Fitch” dövlətlə Fond arasında əlaqənin və dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.

“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır. Son 12 il ərzində aparılan qiymətləndirmələr Fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması ilə nəticələnib.