Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 349 min manat xalis mənfəətlə başa vurub. BOKT-un maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə təxminən 18 dəfə çoxdur.

Ötən il “Finoko”nun vergiyəqədərki mənfəəti 617 min manat (əvvəlki ilə nisbətən 12,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 268 min manat (9,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 29,119 milyon manat olub ki, bu da illik müqayisədə 35,2% çoxdur. Bunun 19,06 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 23,2% böyüyüb.

Hesabat dövründə “Finoko”nun öhdəlikləri 16,6% artaraq 23,812 milyon manata, balans kapitalı isə 4,8 dəfə artaraq 5,306 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9 dəfə artaraq 4,855 milyon manata çatıb.