“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısını 419 min manat mənfəətlə başa vurub.

Bu barədə BOKT-un maliyyə hesabatından məlum olur.

Məlumata görə, yanvar-iyun aylarında “Finoko”in faiz gəlirləri 2 milyon 418 min manat, faiz xərcləri 1 milyon 327 min manat, qeyri-faiz gəlirləri 255 min manat, qeyri-faiz xərcləri isə 927 min manat təşkil edib. BOKT mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Finoko”nun aktivləri 32 milyon 966 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 13,2% çoxdur. Bunun 17,389 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 6 ayda BOKT-un kredit portfeli 8,8% kiçilib.

Hesabat dövründə “Finoko”un öhdəlikləri 4% artaraq 24 milyon 771 min manata, balans kapitalı isə 54,5% artaraq 8 milyon 196 min manata çatıb.