24 yanvar 2023-cü il tarixində “Finex Kredit” BOKT ASC-nin Səhmdarlarının Ümumi illik Yığıncağı keçiriləcəkdir.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. 2022-ci ilin yekunlarının müzakirəsi.

2. 2022-ci ilin maliyyə yekunlarının  müstəqil auditor tərəfindən aparılmış auditinin  nəticələrinin təsdiqi.

3. 2023-cü  il üzrə şirkətin inkişaf perspektivləri.

4. Digər məsələlər.

Qeyd edək ki, “Finex Kredit” BOKT ASC-nin nizamnamə kapitalı 10 fiziki şəxs səhmdara məxsusdiur.

Səhmdarların illik ümumi yığıncağı Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda yerləşən “Finex Kredit” BOKT ASC-nin baş ofisində baş tutacaqdır.