16 mart 2023-cü il tarixində Bakı Fond Birjasında "Finca Azərbaycan" QBKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat olan AZ2005019206 dövlət qeydiyyat nömrəli, 3,000,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 7 investor tərəfindən qiyməti 100 manat (12.5%) olan 7 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat (12.5%)  müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12,5 %, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edir.

 Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000 manat təşkil etmişdir.

Yerləşdirilmiş istiqrazların ümumi həcmi “AzFinance investisiya şirkəti” QSC-nin və “Unicapital investisiya şirkəti” ASC-nin investorları tərəfindən təmin edilmişdir.