19 fevral 2021-ci ildə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilmiş “Bankçılıq Mükafatları – 2019 - 2020” adlı tədbirdə üzv təşkilatlar, Ekspert Qrupları və tərəfdaşlar müvafiq nominasiyalar üzrə qiymətləndirilərək mükafatlandırılıb.

Pandemiya səbəbindən bu il əvvəlki illərdən fərqli olaraq Azərbaycan Banklar Assosiasiyasının Ümumi yığıncağı onlayn formatda keçirilib.

 Expressbank həyata keçirdiyi layihələr üzrə 2019-cu il üçün iki, 2020-ci il üçün isə üç nominasiya üzrə qiymətləndirilərək mükafata layiq görülüb.

 2019-cu il üzrə:
- İl ərzində keçirilmiş sosial layihələr “Korporativ sosial məsuliyyət” mükafatı;

- Əhalinin maliyyə savadlığının inkişafına ən çox tövfə vermiş təşkilat “Ən fəal maliyyə savadlığı dəstəkçisi” mükafatı.

 2020-ci il üzrə:
- İl ərzində keçirilmiş sosial layihələr “Korporativ sosial məsuliyyət” mükafatı;

- Əhalinin maliyyə savadlığının inkişafına ən çox töfə vermiş təşkilat “Ən fəal maliyyə savadlığı dəstəkçisi” mükafatı;

- Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü.