29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 7-11 iyun 2024-cü il tarixi aralığında yekunlaşmışdır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Express Lombard” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001025894

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

5,000 (ədəd)

İlkin ticarət qiyməti

200 manat

Buraxılış həcmi

1,000,000 manat

Hərrac qiyməti

200 manat

Reallaşdırılmış həcm

996,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

996,000 manat

İnvestor sayı

3

Sifariş sayı

3

Anderrayter

“Capital Partners İ.Ş” QSC