17 iyun, 2021-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti bir təqvim ili olan AZ2007020608 dövlət qeydiyyat nömrəli, 1.500.000,00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 11 investor tərəfindən 11 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10.50% , faiz ödəniş dövrü isə 30 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,193,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,500,000.00 manat təşkil etmişdir.