24 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

30 avqust 2022-ci il tarixində BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

Ticarətə buraxlma tarixi

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2002009168

Faizli təmin edilmiş sənədsiz adlı

5,000

(ədəd)

100 manat

30.08.2022

11%

18 ay

90 gündən bir







Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.